''Amazon'' 2021-ci ildə reklama 16,9 milyard dollar sərmayə qoyub

  • 09 Fevral 2022

Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Amazon Web Services'' bulud platformasından işçilərin maaşları və satış komissiyaları da daxil olmaqla ''Amazon''un ümumi marketinq xərcləri 48% artaraq 32,6 milyard dollara çatıb.

Pandemiyanın başlanğıcında şirkət ilk dəfə olaraq marketinq xərclərini 100 milyon dollar azaltmalı olub. Bununla belə, ''Amazon''un gəlirləri artıb. 2020-ci ildə xalis satışlar 386 milyard dollar, 2021-ci ildə isə 470 milyard dollar təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır