Netflix yeni funksiya təqdim edib

  • 08 Fevral 2022

Məlum olduğu kimi, ''Netflix'' istifadəçilərinə yarımçıq buraxdıqları filmləri “İzləməyə davam et” başlığı ilə xatırladır və bu məzmunlara tez bir zamanda daxil olmalarını təmin edir.

Chip.az  xarici mənbəyə istinadən xəbər verir ki, istifadəçilər tərəfindən tez-tez müraciət edilən bu funksiya dünənə qədər dezavantajlı idi. İstifadəçilər yarımçıq filmləri bu siyahıdan çıxara bilmədiyi üçün hətta bir neçə il əvvəl başladıqları istehsalları görüb siyahıda izləməmək qərarına gəlirdilər.

Yeniləmə ilə ''Netflix'' bu istehsalları siyahıdan çıxarmağı asanlaşdırıb. İstifadəçilər siyahıdan çıxarmaq istədikləri istehsalların üstündəki menyuda "Bu sətirdən sil" düyməsini istifadə edərək siyahıları redaktə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər