''Subway Surfers''in davamı ''Metroland'' oyunu

  • 05 Fevral 2022

''Subway Surfers''in yaradıcısı Kiloo, yeni ''MetroLands'' oyununu ''Huawei''nin ''AppGallery'' tətbiq platformasında təqdim edib.

Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, digər platformalarda yayımlanma tarixi hələ açıqlanmayıb. ''MetroLand'' oyunçuları gənc və enerjili kəşfiyyatçılar olmağa, cəsarətli olmağa, qaçmağa və hətta pis ''MegaCorp'' mühafizəçilərindən keçmək üçün oyuna dəvət edir.

Qeyd edk ki, keçən il ərzində ''AppGallery'' 580 milyon qlobal aylıq aktiv istifadəçisi ilə özünü dünyanın üçüncü ən böyük proqram mağazası kimi təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır