"Apple" öz oyun konsolunu inkişaf etdirir.

  • 25 Yanvar 2022

Chip.az  xarici xəbərə istinadən xəbər verir ki, məşhur şirkət çox yaxında oyun konsolunu elan edəcək.

"Windows Central"da çalışan Jez Kordenin verdiyi açıqlamalarla şirkətin video oyun konsoluna daxil olmağı planlaşdırdığını bildirib. "Apple"ın bir müddətdir ki, virtual reallıq eynəkləri hazırladığına dair söz-söhbətlərin olduğunu nəzərə alsaq, konsolun bir növ VR dəstəyinin olacağı bildirilir. Şirkət həmçinin konsol üçün metavers inteqrasiyasını nəzərdən keçirir.

"Apple"ın "PlayStation 5'', ''Xbox Series X'' və ''Nintendo Switch'' kimi rəqiblərinin olduğunu nəzərə alsaq, bu inkişaf etdirilmiş konsolun VR yönümlü, əsasən rəqəmsal məzmuna yönəlmiş olacağı düşünülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər