SpaceX hərbi yükləri dünyaya çatdıracaq

  • 24 Yanvar 2022

ABŞ Hərbi Hava Qüvvələri fəlakət bölgələrinə yardım və hərbi yüklərin daşınması üçün "SpaceX" raketlərindən faydalanacaq.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri ilə 102 milyon dollarlıq müqavilə imzalayan "SpaceX", dünyaya göndəriləcək humanitar yardım və hərbi yüklərin daşınması vəzifəsini öz üzərinə götürəcək.

Dünyanın dörd bir yanındaki platformaların yüklərin daşınması üçün istifadə oluna biləcəyi düşünülsə də, raket yükü layihəsinin idarəçilərindən olan Greg Spanjers, "NASA"nın potensial fəlakət bölgələri yaxınlığında eniş üçün uyğun əraziləri araşdırdığını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər