Dünyanın ilk ağıllı kontakt linzası təqdim edilib

  • 12 Yanvar 2022

"InWith" adlı şirkət virtual reallığı birbaşa kontakt linzalara gətirəcək metaverse fokuslu texnologiyasını "CES 2022" sərgisində təqdim edib.

Chip.az  xarici xəbərə isitnadən xəbər verir ki, "InWith" adlı şirkət "yumşaq kontakt linza platforması"nı təqdim edib. Texnologiyanın ilk tətbiqləri mobil cihazda “tənzimlənən görmə” və mobil cihazla idarə oluna bilən “artırılmış görmə” təklif edəcək. Linzaların təqdim edəcəyi ən əsas xüsusiyyət real həyat və metaverse arasında asan keçid təmin etmək olacaq.

Şirkət bir neçə yüz patentlə bu texnologiyanın ilk istifadə edilə bilən nümunələrini bazara çıxarmaq üçün hazırda "Fortune 50" şirkətləri ilə işlədiyini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır