"GameStop" NFT bazarı yaratmağa qərar verib

  • 07 Yanvar 2022

Oyun platformaları, konsollar, oyunlar və aksessuarların satıcısı "GameStop" ilin sonuna qədər NFT bazarını işə salmağı planlaşdırır. 

Chip.az  xarici xəbərə istinadən xəbər verir ki, "The Wall Street Journal"a görə, bazarda "GameStop" video oyunları üçün virtual mallara - personajların geyimlərinə və silahlarına diqqət yetirəcək. Məlumata görə, istifadəçilərin NFT yarada, ala və sata bildiyi "OpenSea" platforması bu yaxınlarda 300 milyon dollar vençur kapitalı toplayıb və 13,3 milyard dollar dəyərində qiymətləndirilir. Bu, "GameStop"un indiki təxminindən təxminən 10 milyard dollar çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər