NASA DART missiyasından yeniliklər

  • 27 Dekabr 2021

NASA steroid toqquşmalarını sınaqdan keçirmək üçün keçən ay DART missiya kosmik gəmisini işə salıb. DART missiyasından ilk fotoları paylaşan NASA mövzu ilə bağlı açıqlama verib.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, gələcəkdə böyük bir asteroidin planetimizə çarpacağından narahat olan elm adamları 2005-ci ildə ABŞ-da keçirilən konqresdə Yer ətrafında asteroidləri kəşf etmək üçün araşdırmaya başlayıblar. 140 metrdən böyük asteroidlərin yüzdə 40-a yaxınının təsbit edildiyini bildirən səlahiyyətlilər işlərini davam etdirdiklərinin vurğulayıblar.

DART hazırda 26 sentyabr 2022-ci ildə Didymos asteroidi ilə toqquşması planlaşdırıldığı kimi günəş sistemi vasitəsilə səyahət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır