'Hörümçək-adam: Evə Dönüş Yox' filmindən rekord

  • 20 Dekabr 2021

'Hörümçək-adam: Evə Dönüş Yox' filmi Türkiyədə nümayiş olunduğu ilk gündə 296.623 nəfər tərəfindən izlənilib.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, film pandemiya dövrünün ilk gün nömrələri arasında rekord qırıb.

17 dekabr cümə günü Türkiyədə ekranlara çıxan 296 min 623 nəfər tərəfindən izlənilən "Hörümçək Adam: Evə Dönüş Yox" filmi bütün zamanların ən yüksək xarici film açılışı rekordunu qırıb.
Film şəxsiyyəti məlum olan Hörümçək adamın sirrini qaytarmaq üçün Doktor Strencdən kömək istəməsindən bəhs edir. Tom Holland, Zendaya, Benedict Cumberbatch, Marisa Tomei və Jamie Foxx rol aldığı  "Hörümçək Adam: Evə Dönüş Yox" filminin rejissoru Con Uottsdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır