"Meta" şirkəti 50 min istifadəçini izləyən 7 təşkilatı bloklayıb

  • 20 Dekabr 2021

"Meta Platforms" şirkəti (Facebook, Instagram, WhatsApp-ın sahibi) platformalarında 50 minə yaxın istifadəçini izləyən yeddi təşkilatı bloklayıb.

Chip.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.

Məlumatda qeyd olunub ki, İnternet vasitəsilə 100-dən çox ölkədən insanları izləyən yeddi təşkilat bloklanıb:

"Bu zərərli fəaliyyətlərin qurbanı olduğuna hesab etdiyimiz 50 000-ə yaxın insanı xəbərdar etmişik".

Şirkətdən verilən məlumata görə, cinayətkarlar Çin, Hindistan, İsrail və Şimali Makedoniyada yerləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər