İnstaqram "Hekayələr"in müddətini uzadır

  • 17 Dekabr 2021

İnstaqram hekayələr bölməsinin müddətini uzadacağını açıqlayıb. Yeni vaxt isə 60 saniyə olacaq.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki,  İnstaqram bu yaxınlarda hekayələr bölməsində böyük bir dəyişikliyi sınaqdan keçirməyə başlayıb. Bu, istifadəçilərə 24 saat ərzində canlı qalan foto və qısa videolar yerləşdirməyə imkan verir. Sosial media platforması indi yeni xüsusiyyəti ilə Snapchat və TikTok tətbiqlərini qabaqlayır. 

Telefonu əlinizə alıb 15 saniyədən uzun video çəksəniz, video hissələrə bölünür. Bu funksiya ilə siz videoları bölmədən 60 saniyəyə qədər hekayə bölümünə video yükləyə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır