''Twitch''ə rəqib: ''TikTok Live Studio''

  • 16 Dekabr 2021

''TikTok'' ''Twitch''ə rəqib olaraq inkişaf etdirdiyi ''Live Studio'' platformasının sınaq prosesinə başladığını açıqladı.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, fərqli layihələrlə gündəmə gələn şirkət indi canlı yayım platforması olmaq yolundadır. Proqramdakı söhbət funksiyası sayəsində ünsiyyət qura biləcəksiniz. Kompüter, smartfon və oyun konsollarından yayım imkanı təqdim edən ''Live Studio'' hazırda yalnız bir neçə ölkədə fəaliyyət göstərir.

Qeyd edək ki, ''Live Studio'' hələ ''OBS'' və ''Streamlabs'' kimi proqram təminatı qədər inkişaf etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır