"M.A.C Cosmetics" "Pinterest on Idea" reklam kampaniyası ilə əməkdaşlıq edən ilk şirkət olub.
Chip.az xarici xəbərə istinadən xəbər verir ki, "M.A.C Cosmetics" Avstraliyada "Pinterest"də ödənişli tərəfdaşlıq kampaniyası ilə ilk ideya reklamını təqdim edib.
Bir çox insan gözəllik ideyaları üçün "Pinterest"ə müraciət edir. "M.A.C Cosmetics" marketinq meneceri Jessica Travers bildirib ki, bu kampaniya şirkəti yeni auditoriyaya çatmaq üçün onlara yeni imkanlar verəcək.
“İnklüzivlik və müxtəliflik "M.A.C Cosmetics" brendinin əsas dəyərləridir. Şirkətimizdə müxtəlif yaradıcıların simalarını və səslərini gücləndirərək platformanın yaradılmasını dəstəkləyərək "Pinterest"də bu öhdəliyi vizuallaşdırmaq bizim üçün vacib idi,”- Jessica Travers qeyd edib.