“WhatsApp” səsli mesajları göndərilməmişdən əvvəl dinləmək funksiyasını tətbiq edib.
Chip.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə mesencerin "Twitter" səhifəsində deyilir.
"Bunlar səhvlər deyil, məşqlərdir. İndi "Göndər" düyməsini vurmazdan əvvəl səsli mesajınızı dinləyə bilərsiniz", - deyə “WhatsApp” paylaşımında deyilir.