Trilyon dollarlıq şirkətlərlə tanış olun

  • 15 Dekabr 2021

Trilyon dollarlıq şirkətlər siyahısında "Apple"dan sonra "Microsoft", "Alphabet", "Amazon" və "Tesla" gəlir.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, bazar ertəsi səhm qiyməti 181,75 dollara yüksələn və daha sonra 2% enişlə 175,74 dollara enən "Apple", 3 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın ilk şirkəti olmağa çox yaxındır. Səhm qiyməti 182,85 dollara çatarsa "Apple" bu adı alacaq.

Təkcə bu il səhm qiyməti 35%-dən çox artan şirkət, 2018-ci ilin avqustunda 1 trilyon dollara, 2020-ci ilin avqustunda isə 2 trilyon dollara çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır