İlon Mask "İlin adamı" seçilib

  • 14 Dekabr 2021

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask "Time" jurnalı tərəfindən "2021-ci ilin adamı" seçilib.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, aprel ayında "SpaceX" kosmik şirkəti ABŞ astronavtlarını Aya endirmək üçün xüsusi razılaşmanı bacarıb. Sentyabr ayında "SpaceX" kosmosa dörd mülki şəxs göndərib. Oktyabr ayında avtomobil icarəsi nəhəngi "Hertz" 100.000 Tesla almağı planlaşdırdığını açıqlayıb. Mask da 100 milyard dollarlıq fərqlə dünyanın ən zəngin adamı ünvanını alaraq səhmlərində böyük artım yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır