"Whatsapp"dan kriptovalyuta addmı

  • 13 Dekabr 2021

Mesajlaşma proqramı olan "Whatsapp" tətbiq daxilində kriptovalyuta köçürmələrinə icazə verəcək. Tətbiq ilk olaraq ABŞ-da pilot kimi istifadə olunacaq.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, "WhatsApp" meneceri Will Cathcart mövzu ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, qeyd edib ki, "Novi" insanlara kriptovalyutaları anında, təhlükəsiz və pulsuz köçürməyə kömək edəcək.

"Novi" saytında yer alan məlumata görə pul köçürmə funksiyası fotoşəkillər, yerlər və sənədlərin göndərilməsi kimi işləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır