"Google"un paylaşdığı məlumata görə, "Android" oyunları gələn ildən "Windows" əməliyyat sistemli noutbuk, kompüter və planşetlər üçün əlçatan olacaq.
Chip.az xarici xəbərə istinadən xəbər verir ki, "Google" "Windows" üçün "Google Play Games" adlı proqram hazırlayacaq. Bu proqram 2022-ci ildə Windows üçün buraxılacaq. "Google Play Games" tətbiqi "Windows"un köhnə versiyalarını da dəstəkləyəcək.
Bir sözlə, telefonunuzda oynadığınız "Android" oyununa qaldığınız yerdən "Windows" kompüterinizdə davam edə biləcəksiniz.