"Twitter" həssas məzmun xəbərdarlıqlarını sınaqdan keçirir

  • 09 Dekabr 2021

"Twitter" istifadəçilərin həssas məzmunu olan yazılarına əlavə edə biləcəyi birdəfəlik məzmun xəbərdarlığını sınaqdan keçirir.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, istifadəçilər öz izləyicilərini postlarında zorakılıq və ya potensial təhqiredici hər hansı bir şeyin olması barədə xəbərdar edə biləcəklər.

Çərşənbə axşamı günü yuxarıda qeyd olunan xüsusiyyətin sınaq mərhələsində olduğunu açıqlayan "Twitter", bu xüsusiyyətin bəzi istifadəçilər üçün əlçatan olduğunu və bu istifadəçilər tvitə vizual məzmun əlavə etdikdə, üç nöqtə işarəsinə toxunaraq yeni bir bayraq işarəsi görəcəklərini qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır