Yapon milyarderin kosmosa səyahəti başlayır

  • 08 Dekabr 2021

Yapon milyarder Yusaku Maezava 2009-cu ildən bəri Beynəlxalq Kosmik Stansiyaya (BKS) səfər edən ilk kosmos turisti olacaq.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, Maezava dekabr ayında Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) "Soyuz MS-20" kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) səfər edəcək. Onun rus kosmonavt Aleksandr Misurkinin yanında həyata keçirəcəyi 12 günlük səfər üçün BKS səyahəti zamanı 20-40 milyon dollar xərcləyəcəyi bildirilir. 

Digər tərəfdən, 2023-cü ildə yapon milyarder ABŞ-lı sahibkar İlon Maskın raket, peyk və kosmik gəmi şirkəti SpaceX-in kosmik gəmisi ilə Yerin peyki olan Ay ətrafında ilk səfərinə qatılacaq. 

Məşhur 43 yaşlı sahibkar Yusaku Maezava Yaponiyanın Zozotown geyim brendinin sahibidir.

Forbes-in məlumatına görə, Maezavanın sərvəti 2,9 milyard dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır