Huawei 5G smartfonlar üçün nəzərdə tutulmuş yeni fərdi prosessorlarını yaradacaq

  • 07 Dekabr 2021

Huawei şirkətinin Avropadakı istehlakçı şöbəsinin rəhbəri Derek Yu şirkətin öz smartfon biznesinin inkişafı ilə bağlı planlarından danışıb.

Chip.az Technote-a istinadən xəbər verir ki, Huawei yaxın gələcəkdə yeni fərdi proessorlarını istehsal etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, ABŞ-ın sərt sanksiyaları səbəbilə şirkətin smartfon biznesi böyük zərər gördü. ABŞ sanksiyaları səbəbilə Huawei dünyanın ən böyük smartfon istehsalçıları reytinqindəki ilk beşlikdən çıxdı və öz tərkibinə daxil olmuş Honor brendini fərdi struktura çevirməyə məcbur oldu. Nəticədə Honor müstəqil şirkətə çevrildi. Derek Yu-nun sözlərinə əsasən şirkət yaxın gələcəkdə öz diqqətini flaqman smartfonların istehsalına yönəldəcək. Həmin flaqman smartfonlar Mate və P seriyalarına daxil olacaqlar.

    Bundan əlavə olaraq şirkət elastiki ekrana sahib cihazların istehsalına da xüsusi diqqət ayıracaq. Bundan əlavə olaraq Derek Yu bildirib ki, Huawei şirkətinin Şanxayda yerləşən tədqiqat mərkəzi 5G dəstəkli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorların layihələşdirilməsi ilə məşğuldur. Qeyd etmək lazımdır ki, mövcud ABŞ sanksiyaları səbəbilə şirkət 5G dəstəkli mobil prosessorlardan istifadə edə bilmir. Lakin şirkətin gələcəkdəki yeni fərdi mobil prosessorları bu problemi aradan qaldıracaqlar. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Mate 50 smartfon seriyası gələn il təqdim ediləcək. Şirkət Avropa bazarında öz məhsullarını HarmonyOS əməliyyat sistemi ilə birlikdə təklif etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər