"Facebook"un uşaqlar üçün tətbiqetməsi yenilənir

  • 07 Dekabr 2021

"Facebook" uşaqlar üçün olan proqramı  "Messenger Kids" tətbiqinə üç fərqli xüsusiyyət gətirir.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, "Facebook" bu həftə "Messenger Kids" proqramını yeniləyib. Bununla əlaqədar olaraq o, qaranlıq rejim və səs effektləri daxil olmaqla üç xüsusiyyət əlavə edib. 

"Messenger Kids" "Facebook"un 13 yaşdan kiçik istifadəçilər üçün mesajlaşma proqramı olaraq istifadəyə verilib. Tətbiqə kontaktları idarə etmək, bloklanmış hesablara baxmaq və mesajları izləmək üçün valideynlər üçün idarə paneli daxildir.

 "Messenger Kids" proqramını "iPhone" və "iPad" üçün "App Store" vasitəsilə yükləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır