Dünyanın ən real insanabənzər robotu ilə tanış olun

  • 07 Dekabr 2021

Böyük Britaniyada yerləşən "Engineered Arts" şirkəti dünyanın ən real insanabənzər robotunu təqdim edib. O, insan jestlərini və üz ifadələrini təqlid edən ən yaxşı insanabənzər xüsusiyyətinə malikdir.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, bu robot insana xas xüsusiyyətlərə malikdir. Şirkət rəsmiləri bildiriblər ki, robot süni intellekt texnologiyası ilə dəstəklənmir. Buna görə də o, əmrlərə əsasən işləyir. Robot ilk dəfə ABŞ-da keçiriləcək dünyanın ən böyük texnologiya sərgisi olan CES 2022-də nümayiş etdiriləcək.

Qeyd edək ki, bir çox xüsusiyyətlərə malik olan robot gəzə bilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər