"WhatsApp" yeni səs funksiyası üzərində test aparır.
Chip.az xarici xəbərə istinadən xəbər verir ki, bu funksiya "iOS" tətbiqinin 2.21.240.18 versiyasının beta istifadəçiləri üçün göstərilməyə başlanıb. Lakin yeni funksiya hər kəs üçün istifadədə deyil.
Səs dalğalarına əlavə olaraq, keçən həftənin əvvəlində "WhatsApp"ın söhbətlər üçün yeni "React" seçimini hazırlamağa davam etdiyi barədə də məlumat verilmişdi. Hazırda "Facebook"un "Instagram"da etdiyi kimi "WhatsApp"ın reaksiya olaraq hər hansı emodini təqdim edib-etməyəcəyi bəlli deyil.