2021-ci ildə ən çox istifadə edilən emojilər məlum oldu

  • 03 Dekabr 2021

Unicode Consortium öz saytında 2021-ci ildə internetdə ən çox istifadə edilən ilk 10 emodinin siyahısını dərc edib.  Rəqəmsal mühitdə əhval-ruhiyyəmizi, hiss və düşüncələrimizi söz əvəzinə emojilərlə ifadə edirik.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, Unicode Emoji Alt Komitəsinin sədri Cennifer Danielin paylaşdığı məlumatlara görə, ən çox istifadə edilən emoji Sevinc göz yaşları olub. Bunun bütün emoji istifadəsinin 5 faizindən çoxunu təşkil etdiyini deyən Unicode Konsorsiumu ürək emojisinin ikinci yerdə olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır