Mask "SpaceX"in iflasa uğraya biləcəyini açıqlayıb

  • 02 Dekabr 2021

"Tesla" və "SpaceX"in qurucusu və baş direktoru İlon Mask "SpaceX" haqqında bəzi açıqlamalar verib.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, milyarder iş adamı iflas riskinin çox az ola biləcəyini açıqlayıb. Maskın bu sözləri "Twitter" vasitəsilə paylaşıb. 

2002-ci ildə İlon Mask tərəfindən qurulan "SpaceX", son bir neçə həftə ərzində beşinci sərnişin uçuşunu uğurla həyata keçirib. Bu missiyada 600-cü şəxs kosmik bazaya çatıb. Missiyaya NASA astronavtları Raca Chari, Tom Marshburn və Kayla Barron və Avropa Kosmik Agentliyinin astronavtı Matthias Maurer daxildir. Komanda stansiyada elmi araşdırmalar aparacaq.

"SpaceX" hazırda dünyanın aparıcı şirkətlərindən biridir. Eyni şəkildə, elektrikli avtomobil şirkəti "Tesla" da qlobal dəyərə malikdir. Qeyd edək ki, İlon Mask hazırda dünyanın ən zəngin adamıdır. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır