WhatsApp yeni emoji seçimləri təqdim edəcək

  • 02 Dekabr 2021

WhatsApp yeni beta versiyası ilə emoji seçimlərində müxtəlif dəri rəng seçimlərini təqdim edib. 

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, bu funksiya əvvəllər Android 2.21.22.8 dəyişikliyində WhatsApp-ın beta versiyasında qarşımıza çıxmışdı. O zaman isə inkişaf mərhələsində idi. 

Hazırda isə cüt emoji seçərkən fərqli dəri birləşmələrindən istifadə edə bilərik. Bu funksiya hazırda seçilmiş beta testçiləri üçün əlçatandır. Lakin WhatsApp bunu tezliklə stabil versiyaya gətirəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır