Tvitter cüt toxunma təcrübəsini tətbiq edəcək

  • 29 Noyabr 2021

Tvitter bəyənmə funksiyasında kiçik dəyişiklik etməyi planlaşdırır.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki,  cüt klik sistemi artıq Tvitterə gələcək. Sosial media platformalarının üzərində işlədiyi xüsusiyyətləri daha əvvəl açıqlayan Alessandro Paluzzi, Tvitterin iki dəfə toxunaraq tvitlərin bəyənilməsinə imkan verəcəyini açıqlamışdı.

Yeni funksiya bütün dünyada əlçatan olduqda tvitin ortasına iki dəfə klikləməklə onu bəyənmək olacaq. Bəyənmələri iki dəfə vurmaqla geri götürmək də mümkün olacaq. Bundan əlavə, bu funksionallıq təkcə tvitlər üçün deyil, həm də foto və videolar üçün qüvvədə qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır