"WhatsApp"a gözlənilən funksiya əlavə olundu

  • 29 Noyabr 2021

“WhatsApp” fərdi və qrup söhbətlərində emojilərlə mesajlara reaksiya vermək funksiyası əlavə edib.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, hazırda yalnız "iOS" Beta versiyasında mövcud olan funksiyanın tezliklə bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.

Bir neçə ay əvvəl məhdud auditoriya ilə sınaqdan keçirilməyə başlayan bu xüsusiyyət tətbiqin "Apple" "iOS" sistemlərindəki Beta versiyasına əlavə edilib. Hələlik kiçik bir qrupda istifadə edilə bilən xüsusiyyət mesajlara emoji ilə reaksiya vermək imkanı təqdim edir.

  1. İstifadəçilər mesaja 6 emojidən yalnız biri ilə bir dəfə reaksiya verə biləcəklər.
  2. İstifadəçilər həm fərdi, həm də qrup çatlarında emojilərlə mesajlara cavab verə biləcəklər.
  3. İstənilən qrupdakı mesajlara reaksiya verən insanlar hansı mesajın hansı emoji ilə olduğunu görə biləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər