"Bioware" və "Electronic Arts" ilə əməkdaşlıqda hazırlanmış məşhur elmi-fantastik döyüş oyunu seriyası Mass Effect ilk dəfə 2007-ci ilin noyabrında Xbox 360, PlayStation 3 və Microsoft Windows platformaları üçün buraxılmışdı.
Chip.az xarici xəbərə istinadən xəbər verir ki, "Amazon Studios" serialın ad hüququ ilə bağlı "Electronic Arts" ilə razılaşmaq üzrədir.
Keçən aylarda Mass Effect ilə bağlı açıqlama verən "Electronic Arts", oyunun film və ya TV uyğunlaşmasının artıq sual işarəsi xaricində zaman məsələsi olduğunu bildirmişdi. "EA" və "BioWare"in hazırda seriyanın beşinci oyunu üzərində işlədiyini nəzərə alsaq, eynilə "The Witcher" kimi yeni bir fenomenlə qarşılaşa bilərik.