İnstaqram rəhbəri ifadə verməyə çağırılıb

  • 25 Noyabr 2021

İnstaqram sosial şəbəkəsinin rəhbəri Adam Mosseri ABŞ Konqresində ifadə verəcək.

Chip.az "Report"a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Mosseri ilk dəfə dekabrın 6-da ABŞ qanunvericiləri qarşısında internetdə uşaqların və yeniyetmələrin təhlükəsizliyi ilə bağlı sualları cavablandıracaq. Konqresdə daha əvvəl "Meta"nın rəhbəri Mark Zukerberq çıxış edib.

Oktyabrda ABŞ Senatında internetdə uşaqların təhlükəsizliyi ilə bağlı ilk dinləmələr keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər