Gözlərinizlə danışmağa kömək olan proqram

  • 4 gün Əvvəl

"Google"un “Look to Speak” proqramı istifadəçilərə yalnız gözləri ilə ünsiyyət qurmağa kömək edir.

Chip.az  xarici xəbərə istinadən xəbər verir ki, "Look to Speak" istifadəçilərə əvvəlcədən yazılmış cümlələri seçməyə və sadəcə gözləri ilə demək istədiklərini ifadə etməyə kömək edən proqramdır. Xüsusilə əlilliyi olan insanların ünsiyyət qurmasında, gündəlik ehtiyaclarının ödənilməsində, fikir və ya istəklərini ifadə etmələrində böyük rahatlıq yaradır.

Link vasitəsilə tətbiqetmə haqqında ətraflı məlumata sahib ola bilərsiniz.

"Look to Speak" ən son yeniləməsi ilə 18 dili dəstəkləyir. Proqramı "Google Play Store"dan yükləmək üçün Android 8.0 və ya daha yüksək versiyalı cihazlar tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır