İlon Mask "Tesla" səhmlərini satmağa davam edir

  • 4 gün Əvvəl

"Tesla" və "Space X" şirkətlərinin qurucusu və dünyanın ən zəngin insanlarından biri olan İlon Mask vergi ödəmək üçün "Tesla"dakı 10% payını satmağa davam edir.  

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, milyarder iş adamı İlon Mask ABŞ-da vergi ödəmək üçün "Tesla" səhmlərini satmağa davam edir. Maskın SEC-ə verdiyi açıqlamaya görə, "Tesla" noyabrın 23-də 934 min 91 səhm satıb.  Bu satışın ümumi məbləği 1,05 milyard dollar civarında olub.  Qeyd edək ki, "Twitter"də sorğu açan Mask, Tesla-dakı 10% səhmlərini satıb-satmayacağına dair sorğu variantlarına əsasən səhmlərin satılmasına qərar vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır