"Xiaomi" telefon satışında rekordlar qırmağa davam edir

  • 24 Noyabr 2021

"Xiaomi Group", MIUI-nin aylıq aktiv istifadəçilərinin sayının 500 milyonu keçdiyini açıqlayıb. 

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, Çində yerləşən texnologiya istehsalçısı, üçüncü rübdə smartfon biznesinin gəlirinin illik 4,4 faiz artaraq 12,8 faiz ümumi marja ilə 7,48 milyard dollara çatdığını bildirib. "Xiaomi"nin qlobal smartfon tədarükü 43,9 milyon ədədə çataraq, 13,5?zar payı ilə dünyada üçüncü yeri tutur.

"Xiaomi Group" 2021-ci ilə qədər illik mobil telefon tədarükünü təxminən 190 milyon ədədə çatdırmağı hədəfləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər