"Netflix"də yayımlanan yeni Cənubi Koreya serialı "Hellbound", "Squid Game" taxtını silkələməyə başlayıb.
Chip.az xarici xəbərə istinadən xəbər verir ki, ilk 24 saat ərzində dünyanın 80-dən çox ölkəsində ən məşhur prodakşına çevrilən “Hellbound” serialı günahkar insanları cəhənnəmə aparmağa çalışan fövqəltəbii varlıqlardan bəhs edir.
Film təhlili saytlarına görə, "Hellbound" yayımlandığı ilk 24 saat ərzində "Netflix"in xidmət göstərdiyi ən azı 80 ölkədə ən məşhur istehsal olub. Filmin rejissoru Yeon Sanq-hodur.
Fraqmanı buradan izləyə bilərsiniz.