"iOS" üçün "WhatsApp Business"də yeni funksiya

  • 6 gün Əvvəl

"iOS" üçün "WhatsApp Business" biznes hesabı istifadəçilərə mesaj göndərən zaman yeni tətbiqdaxili xəbərdarlığı sınaqdan keçirir. Bu funksiya gələcək proqram yeniləməsində hər kəs üçün əlçatan olacaq.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, bu yeniləmə ilə istifadəçilər iki fərqli seçimdən birini seçə biləcəklər: biznesi bloklamaq və ya əlaqə siyahısında saxlamaq. Naməlum biznes hesablarından mesaj aldığınız zaman fərqli və yenilənmiş görünüm göstəriləcək. Bu da əlaqə siyahınızda olmayan şəxsdən mesaj aldığınızı bildirəcək. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır