9-cu planet kəşf edilmiş ola bilər

  • 22 Noyabr 2021

Günəş sistemində doqquzuncu planetin mövcudluğu hələ də sübuta yetirilməyib. Yeni araşdırma sözügedən planetin Kuiper qurşağında yerləşdiyini irəli sürüb.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, 1983-cü ildə İnfraqırmızı Astronomik Peyk (IRAS) tərəfindən toplanan məlumatlar yenidən araşdırılıb. Londondakı Britaniya Kral Kollecində çalışan astronom Maykl Rovan-Robinson yeni məqaləsində doqquzuncu planetin kəşf oluna biləcəyini irəli sürüb. Onun sözlərinə görə, Kuiper qurşağında yerləşən bu planet quruluşu Yerdən 225 astronomik vahiddir. Astronomik vahid Yerdən Günəşə qədər olan məsafədir. 2012-ci ildə bu məsafənin 149 597 870 700 metr olduğu müəyyən edilib. Yəni bu məsafə təxminən 150 milyon kilometr deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır