Winamp-ın internet saytı və loqosu tamamilə yenilənib.
Chip.az xarici xəbərə istinadən xəbər verir ki, şirkətin geri dönüşü bizim öyrəşdiyimiz Winamp kimi olmayacaq. Çünki platformanın internet saytına nəzər saldıqda biz yeni Winamp-ın “musiqi, podkast, radio stansiyaları, audiokitablar və digər məzmunun yaradıcılarını və istehlakçılarını bir araya gətirən audiofillər üçün bir pəncərə olacaq” ifadəsini görürük. İlk dəfə 1997-ci ildə tətbiq edilən Winamp 2013-cü ildə istifadəyə yararsız hala düşüb. Bununla belə, 14 yanvar 2014-cü ildə Radionomy, Winamp-ın Nullsoft, Winamp və Shoutcast səhmlərini alaraq davam edəcəyini açıqlasa da, o vaxtdan bəri Winamp-dan bir xəbər çıxmayıb.