"Apple" elektrik avtomobil layihəsini gündəmə gətirib

  • 19 Noyabr 2021

"Apple" elektrik avtomobil layihəsini yenidən gündəmə gətirib. Şirkət 2025-ci ilə qədər elektrik avtomobil layihəsini tamamlamağı hədəfləyir.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, "Apple" avtomobil layihəsində bir çox avtomobildə olan elektrik idarəetmə texnologiyası variantını da nəzərdən keçirir.

Tam elektrik texnologiyası "Google" və "Tesla" kimi nəhəng şirkətlər tərəfindən də gündəmə gətirilib, lakin gündəlik həyat testlərində baş verən qəzalar bir çox şirkətin planlarını gecikdirməsinə və ya ləğv etməsinə səbəb olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır