YouTube brendinin üç qurucu üzvündən biri olan Jawed Karim, "dislike" funksiyasının silinməsi ilə bağlı səssizliyini pozub.
Chip.az xarici xəbərə istinadən xəbər verir ki, bu gündən etibarən yeni dövrdə YouTube-un bəyənməmə rəqəmlərini gizlətməsi ilə bağlı açıqlama verən Karim, şirkətin qərarının çox səhv olduğunu və bunun məzmun istehsalçılarına xeyirdən çox zərər verəcəyini müdafiə edib.
Eyni zamanda həmin gün YouTube-a yüklənən ilk video olan 'Me at the Zoo' adlı videoya münasibət bildirən Karim videolara şərh yazmaq üçün niyə Google+ hesabına sahib olmaq lazım olduğunu da etirazını bildirmişdi.