PlayStation 5 satış rəqəmləri ilə rekord qırdı

  • 16 Noyabr 2021

Asiyanın ən böyük texnoloji qəzetlərindən biri olan DigiTimes-in verdiyi məlumata əsasən PlayStation 5 ilk dörd həftəsində 3,4 milyon ədəd satıldı və bu rəqəmlər sayəsində indiyə kimi ilk dörd həftədə ən çox satışa sahib olan PlayStation modeli oldu. Başqa sözlə PlayStation 5, satışa buraxıldığı ilk dörd həftədə 3,4 milyon ədəd satılmaqla rekord qırdı. 

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, Yaponiyanın nəhəng firmalarından biri olan Sony tərəfindən təqdim edilən yeni oyun konsolu PlayStation 5-in əldə etdiyi satış rəqəmləri heyrətləndiricidir. Açıqlanan hesabatda, PS5-in ilk dörd həftə ərzində 3,4 milyon ədəd satıldığı ifadə edildi. Bu rəqəmlərin PlayStation tarixində ən yaxşısı olduğu və 2021-ci ildə satış məbləğinin 18 milyona çata biləcəyi vurğulanıb. Sony şirkəti bu tələbi qarşılamaq üçün səylərini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır