Jeff Bezos kosmosun evimiz olacağını irəli sürüb

  • 16 Noyabr 2021

Amazon və Blue Origin-in qurucusu milyarder iş adamı Ceff Bezos bəşəriyyətin gələcək  kosmik həyatı haqqında açıqlama verib.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, Amazon və Blue Origin şirkətlərinin qurucusu bu yaxınlarda 2021 Ignatius Forumunda çıxış edib. Milyarder kosmik səyahətin gələcəyi ilə bağlı fikirlərini bildirib. Cef Bezos proqramdakı çıxışının davamında insanların çoxunun bir gün Yer kürəsində doğulmayacağını bildirib. O, hətta dünyanın bir turizm mərkəzinə çevrilə biləcəyini də bildirib. Bu məsələni misalla izah edən iş adamı bildirib ki, kosmosda doğulacaq insanlar Yer kürəsini sanki Yellowstone Milli Parkını ziyarət edirmiş kimi ziyarət edəcəklər. “Bu Dünya bir müddət 10 milyard insanı dəstəkləyə bilər. Günəş sistemi isə bir trilyon insanı dəstəkləyir. Beləliklə, biz sivilizasiyamızı genişləndirməyə və enerji sıxlığımızı artırmağa davam edə bilərik”. deyə qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır