"Snapchat"dan yeni funksiya gəlir

  • 16 Noyabr 2021

Milyonlarla aktiv istifadəçisi olan "Snapchat", "Sony Music" ilə ortaqlığı ilə istifadəçilərinə sərbəst şəkildə musiqi əlavə etmə şansı təqdim edəcək. "TikTok" tərəfindən hazırlanan bu tendensiya getdikcə digər sosial media platformalarına da təsir edir.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, dünyanın ən böyük səsyazma şirkətlərindən biri olan "Sony Music" və "Snapchat" arasında ortaqlıq olaraq qurulduğu açıqlandı. "Snapchat" bu xəbəri bloq yazısında bildirərək bu əməkdaşlıq sayəsində musiqinin "Snapchat"dakı filtrlərə əlavə oluna biləcəyi açıqlayıb. Yeni funksiya "Sony Music" ilə ortaq şəkildə həyata keçirildiyi üçün hekayələrinizi dərc edərkən müəllif hüquqları ilə bağlı probleminiz olmayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır