Bu sosial robot ilə söhbət çox əyləncəli olacaq

  • 05 Noyabr 2021

"Furhat Robotics" şirkətinin CCO-su Çarli Kaper sosial robotların hansı sahələrdə istifadə oluna biləcəyini və insanlarla ünsiyyətdə hansı üstünlükləri təqdim etdiyini izah edib.

Chip.az  xarici mənbəyə istinadən məlumat verir ki, robot "Google Assistant" vasitəsilə danışır. Bunun sayəsində o, türk dili də daxil olmaqla 40 dildə danışa bilir. O, avtomatik olaraq ətrafdakı müxtəlif istifadəçilərin varlığını, oriyentasiyasını və hətta üz ifadələrini tanıyır və onlara cavab verir.

Sosial robotlar səsli köməkçilərdən daha üstün mövqedədirlər, çünki insanlar ünsiyyət qurarkən göz təması qurmaq istəyirlər. Video assistentlərdən fərqli olaraq "Furhat" real söhbət hissini artıran xüsusiyyətlərə də malikdir. "Furhat Robotics" ("kürk" və "şapka") adı da buradan gəlir, çünki başından çıxan kabellər ilk versiyada lələkli papaq ilə gizlənirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır