12,8 milyard işıq ili uzaqlıqda su molekulları tapılıb

  • 05 Noyabr 2021

Çilidəki "ALMA" teleskopu ilə 12,8 milyard işıq ili uzaqlıqdakı qalaktikada su molekulları aşkar edilib.

Chip.az xarici mənbəyə isitnadən xəbər verir ki, alimlər bu kəşflə kainatın əmələ gəlməsi proseslərinə dair yeni perspektivlər qazanmağa ümid edirlər. Su molekullarının kəşf edildiyi ən uzaq yer olan bu qalaktika həm də yeni kəşflərə qapı açır.

Tədqiqatçılar 12,8 milyard işıq ili uzaqlıqdakı qalaktikanın əslində iki fərqli qalaktikanın birləşməsinin nəticəsi olduğunu düşünürlər. Kainatın ən sürətli varlığı olan işıq 12,8 milyard ildə qalaktikadan Yerə çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır