Playstation 5 oynundan yeni məlumat

  • 04 Noyabr 2021

2021-ci ilin əvvəlində PlayStation London Studio tərəfindən PS5 üçün yeni bir oyunun hazırlanması ilə bağlı şayiələr yayılmışdı.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, daha əvvəl A Journey of Discovery, Blood & Truth və VR Worlds kimi oyunları inkişaf etdirən London Studio, yeni nəşr olunan iş elanı ilə hazırlanmış bu oyun haqqında ipucları verib.
Yeni oyun haqqında məlumat bu həftə LinkedIn-də iş elanından əldə edilib. 
London Studio, hazırlanmaqda olan yeni layihə üçün tərtibatçı axtardıqlarını və namizədin həm onlayn, həm də yerli kooperativ oyunlarda təcrübəsi olmasını istədiklərini bildirib. Bu mənada oyunun 2019-cu ildə çıxan Blood & Truth kimi tək oyunçulu virtual reallıq təcrübəsi təqdim edən bir oyun olmayacağı düşünülür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər