POCO M4 Pro modelinin xüsusiyyətləri

  • 03 Noyabr 2021

Xiaomi-nin şirkətlərindən biri olan POCO, yeni modelini təqdim etməyə hazırlaşır.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, yeni modelin render görüntüləri ortaya çıxıb. 21091116AG model nömrəsi ilə buraxılacaq cihaz Mediatek tərəfindən istehsal olunan Dimensity 810 prosessoru ilə təchiz ediləcək. 8 nüvəli Dimensity 810 prosessoru 2,4 GHz tezliyində Arm Cortex-A76 və 2 GHz tezliyində Arm Cortex-A55 ilə təchiz edilmişdir. 6nm texnologiyası ilə istehsal olunan Dimensity 810 Arm Mali-G57 MC2 qrafik interfeysinə malikdir.
6.6 düymlük 90Hz Full HD Plus ekranı ilə təxmin edilən cihaz 3 fərqli RAM variantı ilə gələcək. 4 GB RAM / 64 GB yaddaş, 6 GB RAM / 128 GB yaddaş və 8 GB RAM / 128 GB yaddaş variantları ilə satışa çıxarılacaq cihaz iki kameraya sahib olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər