Teslanın bazar dəyəri 1 trilyon dolları ötüb

  • 02 Noyabr 2021

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla"nın bazar dəyəri avtomobil icarəsi şirkəti "Hertz"in elektrik avtomobil parkı üçün 100.000 avtomobil sifariş verdiyi açıqlamasından sonra 1 trilyon dolları ötüb.

Chip.az xarici mənbəyə istinadən məlumat verir ki, müştərilərinin noyabr ayından etibarən ABŞ-ın böyük bazarlarında və Avropanın müəyyən şəhərlərində "Tesla Model 3" avtomobillərini icarəyə götürə biləcəklərini ifadə edən "Hertz", şirkətin qlobal əməliyyatlarında da yeni elektrikli avtomobil doldurma infrastrukturu quracağını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır