"SpaceX"ın NASA uçuşu hava şəraitinə görə təxirə salınıb

  • 01 Noyabr 2021

İlon Maskın kosmik şirkəti "SpaceX", NASA üçün dördüncü astronavt uçuşunu həyata keçirir.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, keçən ay ilk şəxsi uçuşunu edən "SpaceX", hava şəraiti səbəbindən bazar günü planlaşdırılan yeni kosmik missiyasını çərşənbə gününə təxirə salmalı olub.
"SpaceX" keçən ay dörd nəfərlik ekipajla ilk şəxsi uçuşunu edib. Aralarında heç bir astronavt olmayan dörd nəfərlik ekipaj arasında 38 yaşlı milyarder Jared Isaacman da var idi. Bu bazar günü NASA üçün astronavt uçuşunu həyata keçirməyi planlaşdıran "SpaceX", pis hava şəraiti səbəbindən buraxılışı təxirə salmalı olub.

Qeyd edək ki, İlon Maskın kosmos yarışında iddialı şirkəti olan "SpaceX", son 1,5 ildə NASA üçün üç astronavt uçuşu həyata keçirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır