Ən yaxşı qlobal brendlər açıqlanıb

  • 01 Noyabr 2021

"Interbrand" tərəfindən müəyyən edilən "Ən Yaxşı Qlobal Brendlər" sıralamasının 2021-ci il nəticələri paylaşılıb.

Chip.az  xarici mənbəyə istinadən məlumat verir ki, "Apple" 8-ci ilində də lider mövqeyini qoruduğu halda, 2-ci yerdə olan "Amazon"nun böyümə sürəti əvvəlki ilə nisbətən 36 faiz azalıb. "Google" siyahıda "Microsoft"dan geri qalaraq 4-cü yerdə, "Samsung" isə 5-ci yerdə qərarlaşıb.

"Nike" 24 faiz artımla 11-ci yerdə olduğu halda, "Facebook" 2 pillə geriləyərək 15-ci yerə enib. "Tesla" ilin ən sürətlə böyüyən brendi olaraq onun marka dəyəri 184 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır